“Qalatasaray” İkardinin qolları ilə “Beşiktaşı” məğlub etdi


Türkiyə Super Liqasının 9-cu həftəsində “Qalatasaray” “Beşiktaş”ı 2:1 hesabı ilə məğlub edib.
Yeniavaz.com
xəbər verir ki, “sarı-qırmızılılar”a qələbə qazandıran qolları Mauro İkardi vurub.
Argentinalı hücumçu bu qolla əfsanəvi George Hacini (8) geridə qoyub və Super Liqa tarixində “Qalatasaray” forması ilə ən çox derbi qolunu vuran əcnəbi futbolçu olub.
“Beşiktaş”ın qapıçısı Mert Günok 30-cu dəqiqədə topu cərimə meydançası xaricində idarə etdiyi üçün qırmızı vərəqə alıb. “Beşiktaş” matçı 10 nəfərlə başa vurub.
“Qalatasaray” – “Beşiktaş” 2:1
Qollar: 26, 82, İkardi, 69, Aleks-Oksleyd Çamberlayn.
Bu nəticə ilə “cim-bom” 25 xalla liderliyə yüksəlib. 4-cü pillədəki “Beşiktaş” isə 16 xalda qalıb.

DİGƏR XƏBƏRLƏR

Top