
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə telefonla danışıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
“Görüş zamanı Qəzza zolağındakı son vəziyyət və cari hadisələr müzakirə olunub. Prezident Ərdoğan bildirib ki, Türkiyə humanitar yardımın Qəzzaya çatması və lazım gələrsə, yaralıların Türkiyədə müalicə oluna bilməsi üçün səy göstərir. Türkiyə bu vəziyyəti təmin etmək öhdəliyi daşıyır. Ən qısa zamanda bölgədə atəşkəs əldə olunacaq”, - məlumatda bildirilib.
Ərdoğan həmçinin əlavə edib ki, Fələstin-İsrail məsələsinin yekun həlli 1967-ci il sərhədləri daxilində paytaxtı Qüds olan müstəqil Fələstin dövləti yaradılmadan əldə edilə bilməz: “Bölgədə davamlı sülh üçün beynəlxalq səviyyədə mübarizəni davam etdirəcəyik”.