
“Kanada Qəzza zolağının əhalisinə humanitar yardım üçün 10 milyon dollar ayırıb və daha 50 milyon dollar göndərəcək”.
Yeniavaz.com xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Melani Coli Yeni Qahirədə keçirilən Fələstin üzrə sülh sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Kanada da daxil olmaqla bir çox ölkələr Qəzza zolağında vəziyyətin pisləşməsindən qorxurlar və zolağın sakinlərinə təcili lazımi yardımın çatdırılmasına ehtiyac olduğunu qeyd edirlər.
Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin həlli və Qəzza zolağında gərginliyin azaldılması yollarının müzakirəsinə həsr olunmuş Qahirə Sülh Sammiti Misir Prezidenti Əbdülfəttah əs-Sisinin təşəbbüsü ilə şənbə günü Yeni Qahirədə açılıb.
Konfransda 34 ölkənin və üç beynəlxalq təşkilatın - BMT, Ərəb Dövlətləri Liqası və Afrika İttifaqının nümayəndələri iştirak edir.