
İsrailin hücumları nəticəsində minlərlə insanın həyatını itirdiyi Qəzza zolağında kimliyi müəyyən edilə bilməyən parçalanmış cəsədlər kütləvi məzarlıqlarda dəfn edilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik Qəzzada xəstəxana həyətində kütləvi məzarlıqda dəfn edilməsi üçün yığılan naməlum cəsədlərin görüntüsünü paylaşıb.
Bildirilib ki, ilk kütləvi dəfndə 63 cəsəd var, hazırda ikinci kütləvi dəfn üçün hazırlıq görülür.