
ABŞ-ın keçmiş prezidenti Donald Tramp əmindir ki, ABŞ hazırkı Amerika lideri Co Bayden administrasiyasının səriştəsiz rəhbərliyi ucbatından ABŞ üçüncü dünya müharibəsinə doğru gedir.
Yeniavaz.com xəbər verir ki, siyasətçi bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
“Biz (ABŞ nəzərdə tutulur) nə baş verdiyindən xəbəri olmayan prezidentin son dərəcə səriştəsiz rəhbərliyinə görə III Dünya Müharibəsinə doğru gedirik”, - Tramp bildirib.
Tramp həmçinin qeyd edib ki, ABŞ administrasiyasının rəhbəri olsaydı, Fələstin-İsrail münaqişəsinin və Ukraynadakı vəziyyətin gərginləşməsi baş verməzdi.
Tətbiqimizi yükləyə bilərsiniz