
Avropa Şurasının rəhbəri Şarl Mişel Qahirədə Fələstin Prezidenti Mahmud Abbasla görüşüb və o, sülh prosesinə alternativin olmadığını bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
“Qahirə sammiti çərçivəsində Prezident Mahmud Abbasla görüş keçirildi. İki dövlət üçün birgəyaşayışa əsaslanan sülhdən başqa alternativ yoxdur. Aİ bu səylərdə öz rolunu oynamaqda davam etməyə hazırdır”, - Şarl Mişel deyib.
Tətbiqimizi yükləyə bilərsiniz