
İctimai fəal, jurnalist Nurlan Qəhrəmanlı (Libre) azadlığa çıxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə o özü sosial şəbəkə hesabında məlumat yayıb.
Qeyd edək ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (İnternet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsi ilə protokol tərtib edilmiş və baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdi. Hakim Hüseyn Səfərovun qərarı ilə ona 30 sutka inzibati həbs cəzası verilmişdi.