Qəzzaya humanitar yardım aparan yük maşınları Misirə qayıdıb – Yenilənib


“”Rəfah” keçid məntəqəsi vasitəsilə Qəzza zolağına humanitar yardım aparan yük maşınları Misirə qayıdıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, “Rəfah”ın növbəti humanitar yardım göndərilməsi üçün oktyabrın 23-də açılışı planlaşdırılır.
Bundan əvvəl beynəlxalq ictimaiyyət tərəfindən son bir neçə gündə Sinay yarımadasının şimalındakı El Ariş şəhərinin hava limanına çatdırılan humanitar yardım daşıyan 20 yük maşını keçid məntəqəsindən keçib.
Yüklərin daşınmasına nəzarət Misir Qızıl Aypara Cəmiyyəti və BMT tərəfindən həyata keçirilir.
Sektorda yerləşən əcnəbilər və ikili vətəndaşlığı olan şəxslər üçün “Rəfah”dan Misirə keçmək icazəsi ilə bağlı hələlik heç bir məlumat yoxdur.

***11:14
Qəzza zolağı ilə Misir arasındakı sərhəddə yerləşən “Rəfah” keçid məntəqəsi əcnəbilərin Misir ərazisinə keçməsi üçün bu gün açılacaq.

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın İsraildəki səfirliyi məlumatlı mənbələrə istinadən məlumat yayıb.
“Bizə məlumat daxil olub ki, Qəzza zolağı ilə Misir arasındakı “Rəfah” sərhəd keçid məntəqəsi oktyabrın 21-i şənbə günü açılacaq. Ancaq əcnəbi vətəndaşların Qəzzanı tərk etməsi üçün açılan keçid məntəqəsinin nə qədər açıq qalacağı barədə məlumat yoxdur”, - məlumatda bildirilib.
Qeyd edək ki, keçid məntəqəsindən humanitar yardımların çatdırılması üçün də istifadə olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top