“Təqsirləndirilən şəxs son sözlə çıxış edir, hakim ona danışmağa imkan vermir”


“Bu gün (20 oktyabr – red.) devalvasiya nəticəsində müflisləşmiş sahibkar tərəfindən şəriklərinə (əsas şəriki məmurdur) tam deyil, qismən ödəniş edə bilən şəxsi bir il müddətinə azadlıqdan məhrum edilib (iş barəsində ayrıca yazacağam)”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov bildirib.
O qeyd edib ki, hakim Nərimanov rayon məhkəməsini hakimi Xalidə Əlisoy olub.
“İki il əvvəl Avropa İnsan Haqları Məhkəməsi mənim şikayətim əsasında borcunu ödəyə bilməyən şəxslərin həbsinə dair Azərbaycana qarşı qərar çıxarsa da, bu qanunsuz, barbar və biabırçı təcrübə tam aradan qalxmayıb. Yaxın günlərdə bu barədə ətraflı (statistik məlumatlarla) yazı dərc edəcəyəm. İndi isə başqa məsələyə diqqət çəkmək istəyirəm. Son zamanlar qadın hakimlərin sayı artır. Onlardan ədalət də olmasa, heç olmasa daha humanist yanaşma gözləyir cəmiyyət. Amma əksi olur. Xalidə Əlisoy da ötən il hakim təyin olunub. Çıxardığı hökm bir tərəfə, heç normal məhkəmə prosesini də apara bilmir. Heç danışmağa macal vermir. Vəkil danışır – deyir qısaldın, başqa işlər var. Təqsirləndirilən şəxs son sözlə çıxış edir – ona danışmağa imkan vermir ki, özünüzü toparlayın, qısa danışın, vaxt yoxdur və s. və i.a. Odur ki, məhkəmə-hüquq sisteminin cinsi islahatı da nəticə vermir. Real islahat üçün bunlar tələb olunur: elmi yanaşma, savadlı və dürüst hakimlər, mütərəqqi qanunvericilik və məhkəmə təcrübəsinin şəffaflığı və vahidliyi”, - Ə. Həsənov qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top