“20 ilə Rusiya əhalisi 139 milyon nəfərə qədər azalacaq” – “Rosstat”


“Rosstat” 2021-ci ilin payızında keçirilmiş Ümumrusiya Əhali Siyahıyaalmasının məlumatları əsasında hesablanmış yeni demoqrafik proqnoz təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Bildirilir ki, 2023-cü il yanvarın 1-nə Rusiyada 146,45 milyon insan yaşayıb. “Rosstat”ın məlumatına görə, 2046-cı il yanvarın 1-nə qədər əhalinin sayı 138,77 milyon nəfərə qədər azalacaq.
Proqnozlara görə, Rusiya Federasiyasının əhalisi 2026-cı ildə 145 milyon nəfərdən, 2030-cu ildə 143 milyon nəfərdən, 2039-cu ildə isə 140 milyon nəfərdən az olacaq.

DİGƏR XƏBƏRLƏR

Top