Bakı metrosunda qatarlar niyə ləngiyir?

 
““Həzi Aslanov-Dərnəgül” istiqamətində hərəkət edən qatarın qapısına sərnişin müdaxiləsi olub”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat yayıb.
“Bu zaman maşinistin idarəetmə lövhəsində dərhal müvafiq siqnal işə düşüb. Bu səbəbdən maşinist qatara baxış keçirib, sonra bütün məsələlər qaydasında olub və o, yoluna davam edib. Sonradan təkrar eyni hal yaranıb və qatar xəttin ortasında olduğundan onun xətdən çıxarılması zərurəti yaranıb. Qatar elektrik deposuna göndərilib, onun əvəzinə dərhal xəttə başqa qatar verilib. Nəticədə qatarın hərəkətində intervaldan əlavə 4 dəqiqə gecikmə yaranıb”, - Məmmədov deyib.

DİGƏR XƏBƏRLƏR

Top