
İraq şiələrinin lideri Müqtəda əs-Sədr ərəb və müsəlman xalqlarının nümayəndələrini Qəzza zolağının sakinləri ilə həmrəy olaraq İsraillə sərhədlərdə oturaq aksiyaya başlamağa çağırıb.
Yeniavaz.com xəbər verir ki, siyasətçinin açıqlaması ilə bağlı “Shafaq News” portalı məlumat yayıb.
“Mən ərəb və müsəlman xalqlarını, eləcə də, pasifist fikirdə olan hər kəsi Misir, Suriya, Livan və İordaniyadan İsraillə sərhədlərdə oturaq aksiya keçirməyə çağırıram. Bizim etirazımız dinc və silahsız olmalıdır”, - Sədr vurğulayıb: “Qoy tətil Qəzzada blokada qaldırılana və dərman və ərzaq yük maşınları anklavın ərazisinə daxil olana qədər davam etsin. Yardım Qəzzənin həm şimal, həm də cənub bölgələrinə çatmalıdır”.
Eyni zamanda, əs-Sədr vurğulayıb ki, etirazçı liderlər BMT kimi neytral təşkilatların tətili müşahidə etməsinə etiraz etmirlər.
Fələstinin HƏMAS hərəkatı da Qəzza zolağının vətəndaşları ilə həmrəylik nümayişi keçirməyə çağırıb. Hərəkat həmçinin 22 oktyabr bazar gününü Qəzza uşaqları ilə həmrəylik günü elan edib.