Nümayişçilər Bəhreyndə İsrail səfirliyini yandırdılar – KİV


Bəhreynin paytaxtı Manamada nümayişçilər İsrail səfirliyinin binasını yandırıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Maariv” qəzeti məlumat yayıb.
Məlumata görə, oktyabrın 20-nə keçən gecə İsrailin Qəzza zolağında hərəkətlərinə etiraz edən bir qrup etirazçı məşəllərlə diplomatik missiyanın binasına yaxınlaşıb, daha sonra məşəlləri səfirlik istiqamətinə atıb. Nəşr qeyd edir ki, yanğın zamanı missiyanın binasında heç bir işçi olmayıb.
Qeyd edək ki, oktyabrın 18-də İsrail Qəzza zolağında baş verən hadisələrlə əlaqədar keçirilən nümayişlərə görə Misir və Mərakeşdəki diplomatik nümayəndəliklərini boşaltmağa məcbur olub.
Digər tərəfdən, İsrail Xarici İşlər Nazirliyi Bəhreyn də daxil olmaqla hökumətin Yaxın Şərqdəki bütün səfirlik ofislərini boşaltmaq qərarına gəldiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top