Gələn ilin birinci rübündə əhalinin Şuşaya köçünə başlanılacaq.
Yeniavaz.com xəbər verir ki, bunu “Azərtac”a açıqlamasında Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
Kərimov bildirib ki, ilkin olaraq birdəfəlik 400-dək ailənin köçürülməsi nəzərdə tutulub.
Onun sözlərinə görə, yeni yaşayış kompleksinin tikintisi bu ilin sonuna yekunlaşacaq.