
İsrailin endirdiyi zərbə nəticəsində HƏMAS-ın Milli Təhlükəsizlik Qüvvələrinin komandanı öldürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi Fələstin mətbuatına istinadən məlumat yayıb. Məlumata görə, İsrailin zərbəsi nəticəsində HƏMAS-ın Milli Təhlükəsizlik Qüvvələrinin rəhbəri Cehad Mhaisen öldürülüb.
Bildirilib ki, Mhaisenin evlərində olan ailə üzvləri də İsrailin hücumunun qurbanı olub.