
ABŞ Türkiyəni Fələstin-İsrail münaqişəsi zonasından mülki şəxslərin mümkün təxliyəsi üçün tapşırıqları yerinə yetirmək məqsədi ilə Şərqi Aralıq dənizinə bir təyyarədaşıyan qrup göndərməsi barədə məlumat verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı respublikanın Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
“ABŞ daha bir təyyarədaşıyan qrup təyin etdiyini açıqladı. Hələlik, təyyarədaşıyan qrup regiona gəlməyib. Amerikalı həmkarlarımız bununla hərbi tapşırıqları yerinə yetirməyəcəklərini, lakin mülki şəxslərin mümkün təxliyəsi üçün əməliyyat çərçivəsində istifadə edəcəklərini bildiriblər. Biz bu prosesləri yaxından izləyirik”, - deyə nazirlik nümayəndısi bildirib.
Qeyd edəl ki, bundan əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin saytında da Altıncı Donanmanın təyyarədaşıyan “Mount Whitney” qrupunun oktyabrın 18-də Qaetadan (İtaliya) ayrılaraq Aralıq dənizinin şərqinə istiqamət aldığı bildirilmişdi.
Xatırladaq ki, “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisi artıq 4,5 mindən çox hərbi dənizçisi ilə regiondadır. Onu 1,6 mindən çox hərbi qulluqçu qəbul edən beş gəmi müşayiət edir. “USS Dwight D. Eisenhower” təyyarədaşıyan gəmisi (göyərtəsində 5 min hərbçi var) və üç müşayiət gəmisi (gəmidə min hərbçi var) də artıq Yaxın Şərqədir.
Tətbiqimizi yükləyə bilərsiniz