Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) oyunları növbəti bildirişə qədər İsraildə oynanılmayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
“İsraildə mövcud təhlükəsizlik vəziyyətinin hərtərəfli qiymətləndirilməsindən sonra UEFA-nın icraiyyə komitəsi qərara gəlib ki, təşkilatın himayəsi altında keçirilən turnirlərin növbəti xəbərdarlığa qədər ölkədə keçirilməyəcək”, - məlumatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl UEFA 2024-cü il Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də və 15-də keçirilməsi nəzərdə tutulan İsrail millisinin İsveçrə və Kosovo komandalarına qarşı oyunlarını təxirə salmışdı. Kosovo millisi ilə qarşılaşma Priştinada keçirilməli idi və təxirə salınma İsrail hakimiyyətinin İsraildən olan idmançıların ölkəni tərk etməsinə qadağa qoyması ilə bağlı idi.
Təşkilat həmçinin ölkədə planlaşdırılan digər oyunları, o cümlədən 21 yaşadək futbolçular arasında 2025-ci ildə keçiriləcək Avropa Çempionatının seçmə oyunlarını və israillilərin, belçikalıların, uelslilərin və Cəbəllütariqlilərin iştirak etdiyi 17 yaşadək futbolçular arasında Avropa Çempionatının seçmə oyunlarını ləğv etmək qərarına gəlib.