Qəzza zolağında ölənlərin sayı 3,7 mini keçdi – Yenilənib


Gərginliyin növbəti mərhələsi başlayandan bəri İsrailin hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 3,7 mini keçib, 12 mindən çox insan isə yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrailin Qəzza zolağına qarşı davam edən təcavüzü nəticəsində 3785 nəfər ölüb, 12493 nəfər yaralanıb”, - deyə məlumatda bildirilib.
Fələstin Səhiyyə Nazirliyi bundan əvvəl Qəzza zolağında eskalasiya zamanı ölənlərin sayının 3,5 mini keçdiyini bildirmişdi. Nazirliyin məlumatına görə, İordan çayının qərb sahilində 69 fələstinli həlak olub, 1,3 mindən çox insan isə yaralanıb.

***14:50 
Gərginliyin növbəti mərhələsi başlayandan bəri İsrailin hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 3,5 mini keçib, 12 mindən çox insan isə yaralanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Fələstin Səhiyyə Nazirliyinin Telegram kanalında verilib.
 “3500-dən çox ölü və 12000-dən çox yaralı var. İordan çayının qərb sahilində 69 fələstinli həlak olub, 1,3 mindən çoxu yaralanıb”, - məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top