Quterreş “Rəfah” keçid məntəqəsinə gedir – KİV


BMT-nin Baş katibi Antonio Quterreş oktyabrın 20-də “Rəfah” keçid məntəqəsinə gedəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, baş katib Misir tərəfdən “Rəfah” sərhəd keçidinə gedəcək. Onun oktyabrın 19-da Qahirəyə səfər edəcəyi və Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşəcəyi gözlənilir. Görüşdə Yaxın Şərqdəki vəziyyət, həmçinin, Qəzza zolağına humanitar yardım məsələsi müzakirə ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top