
İlon Mask ona məxsus “X” sosial şəbəkəsinin Avropada mümkün bloklanması ilə bağlı məlumatları təkzib edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Mask öz X səhifəsində bildirib.
“Business Insider”dən daha bir yalan məqalə. Bu, əsl media orqanı deyil”, - deyə o, müvafiq nəşrə cavab olaraq yazıb.
Qeyd edək ki, daha əvvəl “Business Insider” Maskın “X” sosial şəbəkəsini avropalı istifadəçilər üçün bloklamağı düşündüyünü bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz