Bu il 163 nəfər Azərbaycanda qaçqın statusu almaq üçün müraciət edib


Bu il müxtəlif ölkələrdən olan 106 ərizəçinin (ailə üzvləri ilə birlikdə 163 nəfər) qaçqın statusu verilməsi haqqında vəsatəti Dövlət Miqrasiya Xidmətində (DMX) qeydə alınıb.
Yeniavaz.com “Report”a istinadla xəbər verir ki, bu barədə DMX-dən bildirilib.
Qeyd olunub ki, "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılır və müvafiq qərarlar qəbul edilir.

DİGƏR XƏBƏRLƏR

Top