Bu sürücüyə təşəkkür edildi – Video


Bir neçə gün əvvəl müxtəlif media subyektlərində, eləcə də sosial şəbəkə seqmentlərində paytaxtın Heydər Əliyev prospektində “BMW” markalı, 99-XX-529 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Vələdov Əfqan Mirzəli oğlunun digər sürücüyə köməklik etməsi ilə bağlı videogörüntü yayımlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar sürücü Ə.Vələdov Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev tərəfindən dəvət olunmuş və etdiyi əmələ görə ona təşəkkür edilib.
Bununla yanaşı Ə.Vələdovun araşdırma zamanı il ərzində kobud qayda pozuntusu etmədiyi müəyyən edilib və nümunəvi sürücü olduğu üçün ona mükafat təqdim edilib.

DİGƏR XƏBƏRLƏR

Top