Yaralanan israillilərin sayı 4,6 mini keçdi


Fələstinin HƏMAS hərəkatının tərəfdarlarının ölkəyə hücumu nəticəsində azı 4629 İsrail vətəndaşı yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi rəsmi Telegram kanalında məlumat yayıb.
Nazirliyin Bakı vaxtı ilə saat 09:00-a olan rəsmi məlumatında deyilir: “Bu günə qədər 4629 yaralı xəstəxanalara çatdırılıb. Onlardan 12-nin vəziyyəti kritik, 279-nin vəziyyəti ağırdır”.
Nazirliyin məlumatına görə, İsrail tərəfindən 1,5 minə qədər insan münaqişənin qurbanı olub.

DİGƏR XƏBƏRLƏR

Top