
“Rusiya Türkiyənin İsrail-Fələstin münaqişəsinin tərəfləri üçün qarant ölkələr sisteminin yaradılması təşəbbüsünü müzakirə etməyə və nəzərdən keçirməyə hazırdır, Moskva və Ankara bu məsələdə təmasdadır”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pxenyanda jurnalistlərə bildirib.
“Biz istənilən konstruktiv təklifləri müzakirə etməyə hazırıq. Bu günlərdə eşitdiyim bu təşəbbüs açıq şəkildə deeskalasiyaya nail olmaq və vəziyyəti normallaşdırmaq istəyi ilə diktə olunur. Konkret nə nəzərdə tutulur, biz təbii ki, təmasda olduğumuz türkiyəli dostlarımızdan və bu mövzuda eşitmək istərdik”, - Lavrov bildirib.
“Biz tərəfdarıq ki, istənilən yanaşma kiminsə maraqlarının başqalarının maraqları bahasına təlqin edilməsinə deyil, tərəflərin maraqları balansına əsaslansın. Biz bunu nəzərə almaq üçün əməkdaşlığa hazır olacağıq”, - deyə nazir əlavə edib.
Qeyd edək ki, Türkiyə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvlərini Fələstin və İsrail arasındakı münaqişənin tərəflərin hər biri üçün qarant ölkələr sistemi əsasında həllində iştirak etmək ideyasını nəzərdən keçirməyə dəvət etmiş, bu baş verəcəyi təqdirdə qarant ölkələrin tənzimləmə şərtlərinin yerinə yetirilməsi üçün məsuliyyəti öz üzərinə götürəcəyini bəyan etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz