
“Qızıl top” mükafatının sahibi və Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun futbolçusu Kərim Benzema onu terror təşkilatı ilə əlaqədə olmaqda ittiham edən Fransanın daxili işlər naziri Cerald Darmanini məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Hyuq Vijye məlumat verib.
“Biz bu nazirə qarşı iddia qaldırmaq imkanını nəzərdən keçiririk, məsələn, hökumətimiz üçün çox əziz olan informasiyanın manipulyasiyası haqqında qanun, həm də diffamasiya və hətta ictimai təhqir haqqında qanun çərçivəsində. Çünki onun hamıya məlum olduğunu iddia etdiyi “Müsəlman Qardaşları” ilə mövcud olmayan bu əlaqə açıq-aşkar böhtan kimi təqdim olunur. Ölkəni idarə edənlərin öz məqsədlərinə çatmaq üçün hər şeyi etməyə icazə verildiyinə inanmaları qəbuledilməzdir”, - Vijye bildirib.