
“İsrail illərdir HƏMAS-a Qəzza zolağında “müharibə maşını” qurmağa icazə verən BMT-nin üzr istəməsini tələb edir”.
Yeniavaz.com xəbər verir ki, bu açıqlama ilə İsrailin təşkilatdakı daimi nümayəndəsi Gilad Erdan çıxış edib.
“Biz üzr istəməyi tələb edirik. BMT və bu Şuradakıların bəziləri İŞİD kimi terrorçuların yalanlarını dərhal qəbul edib və qanunun aliliyini tanıyan demokratiyanın açıq dəlillərini tanımaqdan imtina ediblər. HƏMAS Qəzzada öz döyüş maşınını sərbəst şəkildə qurarkən, illərdir başınızı quma gömdüyünüzə görə üzr istəyin”, - Erdan bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz