“İsrailin endirdiyi zərbələr nəticəsində mülki əhali əziyyət çəkir” – Netanyahu


“İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində mülki əhali əziyyət çəkir, lakin bu zərbələrin qanuni məqsədi Fələstin anklavında terror hədəfləridir” .
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrailə səfərə gələn ABŞ Prezidenti Co Baydenlə görüşündən sonra İsrailin Baş naziri Benyamin Netanyahu danışıb.
Eyni zamanda o, İsrailin Qəzza zolağında dinc əhali arasında itkiləri minimuma endirməyə çalışdığını vurğulayıb:.
“Bu müharibə daha da irəlilədikcə, İsrail mülki insanları zərərdən qorumaq üçün əlindən gələni edəcək. Biz onlardan daha təhlükəsiz ərazilərə köçmələrini xahiş etmişik və xahiş etməyə davam edəcəyik”, - baş nazir deyib.
Netanyahu bir daha Qəzzada dinc əhalinin çəkdiyi bütün əzablarda HƏMAS-ı günahlandırıb:
“İsrail mülki itkiləri minimuma endirməyə çalışsa da, HƏMAS mülki itkiləri maksimum dərəcədə artırmağa çalışır. HƏMAS mümkün qədər çox israillini öldürmək istəyir və fələstinlilərin həyatına qətiyyən əhəmiyyət vermir. Onlar hər gün mülki vətəndaşlarımızı hədəf alaraq və onların arxasında gizlənərək ikiqat müharibə cinayəti törədirlər”.

DİGƏR XƏBƏRLƏR

Top