Aİ XİN rəhbərləri Azərbaycan və Ermənistanı müzakirə edəcəklər


Oktyabrın 23-də Lüksemburqda Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrelin sədrliyi ilə Xarici Əlaqələr Şurasının iclası keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Lüksemburqda keçiriləcək iclasda Azərbaycan və Ermənistanla bağlı məsələlər də müzakirə olunacaq:
"Şura Rusiyanın Ukraynaya təcavüzünü, təhlükəsizlik öhdəliklərini müzakirə edəcək, Ermənistan və Azərbaycanla bağlı hadisələr ətrafında fikir mübadiləsi aparacaq. Nazirlər həmçinin, HƏMAS-ın İsraildə törətdiyi qəddar və ayrı-seçkiliksiz terror hücumları və Qəzzada baş verən hadisələrdən sonra İsraildə və regiondakı vəziyyətlə bağlı müzakirələr aparacaqlar".

DİGƏR XƏBƏRLƏR

Top