Oktyabrın 17-də Qəzza zolağında Əl-Əhli xəstəxanasının raketlə vurulması nəticəsində ölənlərin sayı 471 nəfər olub, 340-dan çox insan yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrail rejimi tərəfindən Əl-Əhli Baptist Xəstəxanasına həyata keçirilən ən böyük və ən amansız hücum nəticəsində 471 nəfər həlak olub, 28 nəfərin vəziyyəti hələ də ağırdır, daha 314 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda bildirilib.