“Paşinyan Zelenskinin yolu ilə gedir”


“Ermənistanın Baş naziri Nikol Paşinyan fəal şəkildə Ukrayna Prezidenti Volodimir Zelenskinin yolunu davam etdirir”.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Moskvadakı yüksək vəzifəli mənbə bildirib.
“Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını, xüsusən də, Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı sözlərini tamamilə məsuliyyətsiz və təxribat xarakterli çıxış kimi qiymətləndiririk”, - deyə mənbə bildirib.
“Əgər Moldovanı 2 nömrəli Ukrayna saysaq, biz görürük ki, Ermənistanı necə 3 nömrəli Ukraynaya çevirməyə çalışırlar və Paşinyan Zelenskinin yolu ilə necə böyük addımlarla gedir”, - mənbə deyib.
Qeyd edək ki, çərşənbə axşamı Avropa Parlamentində çıxışı zamanı Paşinyan bildirib ki, Ermənistanın təhlükəsizlik sahəsindəki müttəfiqləri Qarabağ ətrafındakı vəziyyət fonunda açıq şəkildə ölkədə hakimiyyət dəyişikliyinə çağırıblar. Lakin o, bu cür çağırışların hansı müttəfiqlər tərəfindən edildiyini açıqlamayıb.

DİGƏR XƏBƏRLƏR

Top