Sentyabr ayının 19-da Qarabağda keçirilən anti-terror əməliyyatı zamanı Xankəndidəki seperatçı rejimin “prezidenti” Samvel Şahramanyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini ilə əlaqə saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” nəşri məlumat yayıb.
“Joqovurd”un məlumatına görə, Samvel Şahramanyan danışıqlar üçün əvvəlcə Samvel Babayanın, daha sonra Vitali Balasanyanın namizədliyini irəli sürüb.
“Lakin, Azərbaycan tərəfi bu şəxslərlə danışıqlar aparılmayacağını bildirib. Azərbaycan danışılqarın baş tutması üçün Artsaxın qeyd-şərtsiz buraxılmasını tələb edib”, - deyə “Joqovurd” yazıb.