
Günlərlə davam edən danışıqlardan sonra Qəzzanın cənubunda beynəlxalq yardımın göstəriləcəyi humanitar zona yaradılıb.
Yeniavaz.com “The Times of Israel” nəşrinə istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.
Məlumata görə, fələstinlilər Xan Yunis yaxınlığındakı Əl-Məvasi bölgəsindəki humanitar zonaya getməlidirlər və burada onlara lazım olduqda beynəlxalq humanitar yardım göstəriləcək.
İDF, həmçinin, Qəzza zolağının şimal hissəsindəki fələstinliləri yenidən cənuba təxliyə etməyə çağırıb və bu təxliyənin mülki əhalini xilas etmək üçün zəruri olduğunu bildirib.