“Evini tərk edən qəzzalıların sayı 1 milyona çatıb” – BMT


Fələstin-İsrail münaqişəsinin növbəti gərginləşməsindən sonra Qəzza zolağında məcburi köçkünlərin sayı 1 milyona çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.
“Hərbi əməliyyatların başlanmasından bəri məcburi köçkünlərin sayı 1 milyona çatıb, o cümlədən 352 mindən çoxu hazırda BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş üzrə Agentliyinin Yaxın Şərqdə mərkəzi və cənub hissələrində yerləşən məktəblərində sığınacaq tapıb”, - bildirilib.
Ofis həmçinin Qəzza zolağında iki həftəlik əsas ərzaq ehtiyatlarının və mağazalarda cəmi 4-5 günlük qida ehtiyatının olduğunu qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top