“İsrail Qəzzaya hücumlarını davam etdirərsə, daha ​​bir şokla üzləşə bilər” – Əli Fədəvi


“İsrail Qəzza zolağına zərbələr endirməkdə davam edərsə, daha ​​bir şokla üzləşəcək”.
Yeniavaz.com xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölmələri) komandanının müavini general Əli Fədəvi Fars Xəbər Agentliyinə müsahibəsində bildirib.
“Qəzza zolağında cinayətlər davam edərsə, başqa ölkələrdən olan müsəlmanlar da israillilərə qarşı mübarizəyə qoşula bilər, o zaman onları başqa bir şok gözləyir”, - Fədəvi deyib.
İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi, həmçinin, İsrailin Qəzza zolağı ilə bağlı hərəkətlərinin bütün dünya müsəlmanlarının qəzəbinə səbəb olduğunu bildirib.
Qeyd edək ki, oktyabrın 15-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Tani ilə Dohada görüşündə deyib ki, əgər İsrail Qəzza zolağının mülki əhalisinə hücumu davam etdirərsə, münaqişənin miqyası daha da genişlənə bilər.
Daha sonra Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində o, bildirib ki, İran vasitəçilərlə İsraili Fələstin anklavına növbəti hücumlara qarşı xəbərdar edib.

DİGƏR XƏBƏRLƏR

Top