
“Ermənistanla Azərbaycan arasında sülh və münasibətlərin normallaşdırılması haqqında sazişin imzalanması 2023-cü ilin sonuna qədər mümkündür”.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentinin iclasında çıxışı zamanı deyib.
“Əgər sadaladığım prinsiplər rəsmən təsdiq olunarsa, o zaman bu ilin sonuna kimi Ermənistan və Azərbaycan arasında sülh və münasibətlərin normallaşdırılması haqqında sazişin imzalanması çox real olacaq”, - deyə o bildirib.
Paşinyan çıxışı zamanı nizamlanmanın əsas prinsipləri arasında Ermənistanın ərazi bütövlüyünün təsdiqini göstərib.
Onun sözlərinə görə, Ermənistan da öz ərazisində azərbaycanlıların və Azərbaycan yüklərinin təhlükəsizliyini təmin etməyə hazırdır.