
“Nəqşicahan Group Şirkətlər İttifaqının “Saat Meydanı” MMC (VÖEN - 0201085271) və “Nəqxşicahan Holdinq Ltd Şirkətlər Qrupunun “Otel Qrand Naxçıvan” MMC (VÖEN- 0200341511) adlı iki şirkət ləğv olunaraq “Naxçıvan Otellər Qrupu” MMC-yə (VÖEN – 0201412411) birləşib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ləğv olunan şirkətlərin hüquqi varisi “Naxçıvan Otellər Qrupu” MMC olacaq.
Məlumat üçün bildirək ki, Naxçıvan Muxtar Respublikasında qeydiyyata alınan bu şirkətlər Ali Məclisinin sabiq sədri Vasif Talıbovun övladları Rza və Seymur Talıbovlara bağlı olub. Vasif Talıbovun istefasından sonra bu şirkətlərlə bağlı çoxsaylı dəyişikliklər baş verib.
Aşağıdakı linklərə daxil olaraq ətraflı məlumat ala bilərsiniz:
Naxçıvanda böyük kapitalla onlarla şirkət yaradılıb – Talıbovla bağlılığı var
Son 20 gündə “Gəmiqaya”ya bağlı 16 şirkət yaranıb – Böyük kapitalları var
Naxçıvanda Talıbova bağlı şirkətlərdə dəyişiklik davam edir
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz