
Dövlət Satınalmalar Portalından silinən məlumat yenidən aktivdir.
Yeniavaz.com xəbər verir ki, bu tenderin ləğv edilmədiyini göstərir.

***13:14
Xəbər verdiyimiz kimi, Dövlət Satınalmaları Portalında “İnnovasiya və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibinin adı açıqlanmışdı.
Yeniavaz.com xəbər verir ki, bu gün həmin məlumatlar Dövlət Satınalmalar Portalından silinib.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan şəxsin - fərdi sahibkar Orxan Cavanşirin (VÖEN – 1404799542) millət vəkili Cavanşir Feyziyev oğlu olduğu bildirilmişdi.
Cavanşir Orxan TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi”nə 10 ay müddətinə (06.10.2023-11.08.2023) anbar sahəsini icarəyə verəcək.
Qeyd olunan anbar sahəsinin icarəsi “İnnovasiya və Təchizat Mərkəzi” Cavanşir Orxana 1 milyon 176 min manat ödəyəcək.
Daha ətraflı: TƏBİB deputatın oğlundan anbar icarəyə götürdü – 1,2 milyon manata