
“İsrail polisi hücuma və ya böhrana tez cavab vermək üçün mülki könüllüləri silahlandırmağa başlayacaq”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.
Məlumata görə, İsrail Polisinin Baş Müfəttişi Kobi Şabtai və Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir İsrailin bütün şəhərlərində polisin himayəsi altında fəaliyyət göstərən sürətli cavab bölmələri yaratmaq qərarına gəliblər.
“347 yeni bölmə tüfəng və qoruyucu vasitələr alacaq 13,2 min könüllüdən ibarət olacaq", - agentlik iki departament rəhbərlərinin birgə bəyanatının mətnindən sitat gətirib.
Qeyd olunur ki, İsrail polisi daha əvvəl sərhəd şəhər və qəsəbələrdə yerləşən 566 yeni mülki sürətli cavab bölməsi üçün 6 min tüfəng aldığını açıqlamışdı.