Putin Azərbaycan sərhədinədək uzanan yolun açılışına qoşuldu


Rusiya Prezidenti Vladimir Putin oktyabrın 16-da videobağlantı vasitəsilə Azərbaycan sərhədinədək uzanan yolun açılışında iştirak edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin Dağıstandan keçən və Azərbaycan sərhədinə kimi gələn “Qafqaz” yolunun açılışını edib.
Rusiya Prezidenti bu yolun “Şimal-Cənub” dəhlizinin inkişafında mühüm rol oynadığını bildirib.
Dövlət başçısı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə bu yaxınlarda nəqliyyat dəhlizinin yaradılmasını müzakirə edib və qeyd edib ki, rusiyalı tərəfdaşlar bu istiqamətdə kifayət qədər böyük işlər görürlər.

DİGƏR XƏBƏRLƏR

Top