Putin İsrail və Fələstin liderləri ilə danışacaq


“Rusiya Prezidenti Vladimir Putin oktyabrın 16-da İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abbasla söhbət də daxil olmaqla beş beynəlxalq telefon danışığı aparacaq”.
Yeniavaz.com xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
“Bu gün, deyə bilərik ki, belə bir “güclü atış”ımız var: beş telefon danışığı. Prezident artıq Suriya Prezidenti Bəşər Əsəd və İran Prezidenti İbrahim Rəisi ilə danışıb. Gün ərzində Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Fələstin Prezidenti Mahmud Abbas, eləcə də, İsrailin Baş naziri Benyamin Netanyahu ilə də təmaslar olacaq”, - deyə Uşakov qeyd edib.
“Beləliklə, o, Pekinə səfərindən əvvəl bu münaqişə ilə bağlı əsas ölkələrlə danışıq aparacaq”, - Uşakov davam edib.
“Təbii ki, o, bizim mülahizələrimizi bildirəcək, həmçinin, həmkarlarının mülahizələrini dinləyəcək", - Uşakov əlavə edib.
Prezident köməkçisi qeyd edib ki, Putin Fələstin-İsrail münaqişəsinin görünməmiş gərginləşməsini yaxından izləyir. “Bu münaqişə ilə bağlı bütün məsələlər prezidentin diqqət mərkəzindədir”, - Prezident köməkçisi bildirib.

DİGƏR XƏBƏRLƏR

Top