“Qəzzada 1 milyondan çox sakin evlərini tərk edib” – BMT


İsrailin anklavı kütləvi atəşə tutması nəticəsində Qəzza zolağında 1 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. 
Yeniavaz.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) öz saytında dərc edilmiş bəyanatında deyilib. 
“1 milyondan çox insan (Bu, Qəzza əhalisinin demək olar ki, yarısıdır) evlərini tərk etmək məcburiyyətində qalıb. Eyni zamanda, 600 minə yaxın məcburi köçkün anklavın mərkəzi bölgələrindədir ki, onlardan da 400 mini UNRWA obyektlərində yerləşdirilib ki, bu da bizim yardım göstərmək imkanlarımızdan bir neçə dəfə çoxdur”, - deyə agentlik bildirib.
Bundan əlavə, UNRWA Qəzzada 14 əməkdaşının öldüyünü təsdiqləyib və bu rəqəmin yekun olmadığını və daha da arta biləcəyini vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top