HƏMAS da Qəzza zolağında atəşkəsi təkzib etdi


Fələstinin HƏMAS radikal hərəkatı da Qəzza zolağında atəşkəs əldə olunması ilə bağlı xəbərləri təkzib edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “İzzət ər-Rişq” hərəkatının mətbuat xidməti məlumat yayıb.
“Bəzi KİV-lərdə İsrail və Qərbdəki mənbələrə istinadən atəşkəs elan olunması və “Rəfah” keçid məntəqəsinin açılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”, - hərəkatın mətbuat xidməti öz Teleqram kanalında yazıb.
“Bütün KİV-lərdən xahiş edirik ki, rəsmi HƏMAS-a aid olmayan mənbələrdən istifadə etməsinlər”, - məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top