Fələstinə görə klubundan qovula bilər


Futbol üzrə Əlcəzair millisinin üzvü, Frazansanın “Nitsa” klubunun müdafiəçisi Youssef Atal İnstaqramda İsrail və Qəzza zolağında qarşıdurma fonunda “yəhudilər üçün qara gün” çağıran bir vaizin videosunu yerləşdirib.
Yeniavaz.com
xəbər verir ki, daha sonra futbolçu paylaşımı silib.
Futolçunun klubu bu barədə açıqlama verməyib, lakin, Nitsa şəhərinin meri Kristian Estrosi Atalın üzr istəməsini tələb edir.
“Gözləyirəm ki, Atal üzr istəyəcək və HƏMAS terrorçularını qınayacaq. Əgər bunu etməsə, o zaman onun klubumuzda daha yeri olmayacaq", - mer bildirib.

DİGƏR XƏBƏRLƏR

Top