“Qəzzada 600 mindən çox fələstinli təxliyə edilib” – İsrail ordusu


“Qəzza şəhərinin şimalından 600 mindən çox fələstinli anklavın cənub hissəsinə təxliyə edilib”.
Yeniavaz.com
“The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqari məlumat verib.
“Hərbçilər beynəlxalq hüquq normalarına uyğun hərəkət edir ki, cəlb olunmamış mülki şəxslərə minimal zərər vursunlar”, - sözçü deyib.
Haqari həmçinin qeyd edib ki, İsrail ordusu Fələstinin HƏMAS hərəkatı ilə mübarizəyə və İsrail vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə yönəlib.

DİGƏR XƏBƏRLƏR

Top