“Bütün dualarımız Qəzza sakinləri üçündür” – Kərim Benzema


Fransalı məşhur futbolçu Kərim Benzema İsrail və Fələstin arasındakı hərbi münaqişə ilə bağlı fikirlərini bildirib.
Yeniavaz.com
xəbər verir ki, hücumçu bu barədə sosial şəbəkədə yazıb.
“Bütün dualarımız qadın və uşaqları əsirgəməyən bu ədalətsiz bombardmanların bir daha qurbanı olan Qəzza sakinləri üçündür”.
Qeyd edək ki, Benzema bu il “Real Madrid”dən keçdiyi Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edir.

DİGƏR XƏBƏRLƏR

Top