Fələstin millisinin oyunları bu ölkədə keçiriləcək


Əlcəzair Futbol Federasiyası (FAF) Fələstinin ev oyunlarını Əlcəzairdə keçirəcəyini və oyunların xərclərini öz üzərinə götürəcəyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FAF məlumat yayıb.
Bildirilib ki, İsrail-Fələstin münaqişəsi ilə bağlı hadisələrə görə hazırda Fələstində idman yarışlarına ev sahibliyi etmək mümkün deyil.
Fələstin Administrasiyası Beynəlxalq Futbol Federasiyası (FİFA) və Asiya Futbol Konfederasiyasına (AFC) milli komandanın ev oyunlarının Əlcəzairə keçirilməsini istəyib.
“Fələstin Futbol Federasiyasının prezidenti Cibril Racubin xahişi ilə FAF Fələstin milli komandasının 2026-cı il Dünya Çempionatının və 2027-ci il Asiya çempionatının seçmə oyunlarına hazırlıq çərçivəsində bütün rəsmi və qeyri-rəsmi oyunların Əlcəzairdə keçirilməsinə qərar verib”, - məlumatda qeyd edilib.
Qeyd edək ki, Fələstinin növbəti ev oyunu 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 21-də Avstraliya ilə olacaq.

DİGƏR XƏBƏRLƏR

Top