Fidan Blinkenlə Fələstin-İsrail münaqişəsini müzakirə etdi


Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TRT diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, görüşdə Fələstin və İsrail kontekstində son hadisələr və Qəzzada humanitar vəziyyət müzakirə edilib.
Hər iki nazir regiona səfərləri ilə bağlı təəssüratlarını bölüşüblər.
NATO-nun genişlənməsi məsələsinin də müzakirə olunduğu telefon görüşünün ABŞ-nin istəyi ilə baş tutduğu bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top