“HƏMAS-ı məhv edəcəyik” – Netanyahu


İsrail hökumətinin həftəlik iclası Qəzza zolağı ətrafında vəziyyətin gərginləşməsi fonunda ölkədə fövqəladə nazirlər kabineti formalaşdıqdan sonra ilk dəfə yeni tərkibdə keçirilib.
Yeniavaz.com
hökumətin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüş zamanı Baş nazir Benyamin Netanyahu ölkəsinin HƏMAS-ı məğlub edəcəyinə əminliyini bildirib.
“HƏMAS düşünürdü ki, biz dağılacağıq. Biz HƏMAS-ı məhv edəcəyik”, - hökumət başçısı bildirib.
O, cəbhə xəttində olan hərbçilərlə şəxsən söhbət etdiyini vurğulayıb:
“Onlar bilirlər ki, bütün ölkə onları dəstəkləyir. Onlar bu hərbi missiyanın məqsədini başa düşürlər. Bizi məhv etmək üçün bizə qarşı qalxan qaniçən canavarları məğlub etmək üçün istənilən vaxt hərəkətə keçməyə hazırdırlar”.

DİGƏR XƏBƏRLƏR

Top