“Blinken Azərbaycanın Ermənistana hücuma hazırlaşdığını deməyib” – Dövlət Departamenti


ABŞ Dövlət Departamenti Amerikanın dövlət katibi Entoni Blinkenin adından yayılan, guya Azərbaycanın yaxın həftələrdə Ermənistana hücuma hazırlaşdığı bildirilən məlumata cavab verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller “Armenpress”ə açıqlama verib.
“ABŞ Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir.
Biz vurğuladıq ki, bu suverenliyin və ərazi bütövlüyünün istənilən pozulması ciddi nəticələrə səbəb olacaq.
Bu məqalədəki mesajlar qeyri-dəqiqdir və katib Blinkenin qanunvericilərə dediklərini heç bir şəkildə əks etdirmir”, - Miller bildirib.
Qeyd edək ki, oktybarın 14-də “Politico” nəşrində işıq üzü görən məqalədə qeyd edilir ki, guya dövlət katibi Antoni Blinken amerikalı konqresmenlərlə görüşdə Azərbaycanın yaxın həftələrdə Ermənistana hücum edə biləcəyi barədə xəbərdarlıq edib.

DİGƏR XƏBƏRLƏR

Top