Qəzza zolağında ölən fələstinlilərin sayı 2,7 mini keçib – Yenilənib


“İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində həlak olan fələstinlilərin sayı 2,7 mini keçib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
“İsrailin Qəzza zolağına davam edən təcavüzü nəticəsində 2726 nəfər ölüb, 10,8 min nəfər yaralanıb”, - deyə departamentin Teleqram kanalında dərc olunan məlumatda bildirilib.
Məlumatda həmçinin qeyd olunub ki, Qəzza zolağının Səhiyyə Nazirliyi beynəlxalq ictimaiyyətə müraciət edərək, yaralıların həyatını xilas etmək üçün anklavlara bütün ixtisaslar üzrə tibbi qruplar göndərməyə çağırıb. Şöbə tibb işçilərinin gülləbaran nəticəsində həlak olduğu xəstəxanalara həkimlərin göndərilməsini xahiş edir.
Qeyd edək ki, bundan əvvəl Mülki Müdafiə Xidməti Qəzza zolağında İsrailin atəşi nəticəsində binaların uçması nəticəsində mindən çox insanın itkin düşdüyünü bildirmişdi.

***21:10
“İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 2670 nəfər fələstinli həlak olub, 9600 nəfər yaralanıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

***09:52
HƏMAS-İsrail qarşıdurmasının qızışması nəticəsində Qəzza zolağında ölənlərin sayı 2,3 minə yüksəlib, 9 mindən çox insan yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
“2329 nəfər həlak olub, daha 9042 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb”, – Nazirlik Feysbuk hesabında yazıb.

DİGƏR XƏBƏRLƏR

Top